Cəmaləddin RƏHMANOV, Təranə ABDULLAYEVA. Azərbaycanda
əlifba islahatları və xəttin təkamülü məsələləri.Bakı. 2002.-31s.
1. Əlifba tarixinə qısa ekskurs
Yazının yaranma tarixi çox qədim dövrlərə gedib çıxır.
Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və ideoqrafik yazı ilə seçilir. İlk yazılarda
müxtəlif şəkil və simvollar əsasında formalaşdırılan təsvir vasitəsi ilə müəyyən
məlumatlar yazıya köçürülmüşdür. Belə məlumatları yazıya çevirməyin səbəbi nitqi
şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurəti
olmuşdur. Piktoqrafik yazılarda istifadə olunan ayrı-ayrı şəkillər piktoqramlar
adlanmışdır. Piktoqramlardan təşkil olunan, daha doğrüsu piktoqrafik təsvir və yazılar
Azərbaycanda da lap qədimdən istifadə olunmuşdur. Azərbaycan ərazisində arxeoloci
qazıntılar zamanı tapılmış qədim əşyaların, saxsı qablaın üzərində heyvan, bitki,
insan və sair şəkilləri az deyildir. Azərbaycanda piktoqrafik yazı nümunələri Qobustanda,
Qazaxda, Gədəbəydə, Naxçıvanda qeydə alınmışdır. Təkcə Qobustanda 720 qayaüstü rəsmdə
4 mindən çox təsvir vardır.[1]
Yaranma tarixi, forma və səbəblərindən asılı olmayaraq
qədim yazılar müasir dövrdə istifadə etdiyimiz müxtəlif yazı sistemlərinin əcdadı
sayıla bilər. Amerikalı tarixçi və yazı sistemlərinin ən məşhur tədqiqatçısı İ.Qelb
yazının inkişafını üç mərhələyə bölür: 1) qeyri-yazı (şəkillərlə olan yazı – bu
yazı formasında istifadə olunan şəkillər ifadə etdikləri məna ilə şərti rabitəyə
malik olmamışdır); 2) protoyazı (bu yazının əsasında ideoqrafik prinsip durmuşdur.
Yazı mahiyyətin qeyd olunması məqsədi daşımışdır); 3) əsl yazı (fonoqrafik yazı
prinsipi olub səsi yazmağı əhatə edir).[2]
Qeyd etmək lazımdır ki, üçüncü mərhələdə mövcud olan
sillabik (hecalı, heca-hərfli yazılar da
fonoqrafik yazı sisteminə aid edilir).
Yazı formalarının təkamülü göstərir ki, «Nitqi ötürmək üçün qrafik işarələr sisteminin yaradılması
bəşər mədəniyyətinin universaliyalarından biridir. … Söz-heca yazıları müxtəlif
insan qrupları tərəfindən dəfələrlə, fərqli vaxtlarda yaradılmış olsa da, onların
işlənib hazırlanması bu və ya digər dərəcədə eyni üsularla baş vermişdir.»[3]
Yazı
sisteminin təkamülündə diqqəti cəlb edən cəhətlərdən biri budur ki, şəkillərdən başlanan yazılar tədricən həndəsi fiqur və elementlərin
istifadə olunması ilə düzələn hərflər şəklinə gəlib çıxmışdır. İlkin dövrdə müxtəlif
ölçülü düz xətt parçalarının birləşdirilməsi əsas götürülmüşdür. Yazıda daha çox
hərfdən istifadə etmək, hərflərin mürəkkəbliyinin qarşısını almaq məqsədilə qrafemlərdə
sonralar əyri xətt, dairə, yarımdairə, ellips elementlərindən istifadə genişlənmişdir.
Müasir əlifbalarda hərflərin sayı bir qayda olaraq əsasən 20-30 arasındadır. Əlbəttə
istisna hallar da az deyildir. Məsələn, havay dilinə uyğunlaşdırılmış latın əlifbasında
12, Şri-Lanka dövlətində istifadə olunan siniqal dilinin, bir sıra şimali Qafqaz
dillərində 50 və daha artıq səs vardır. Hər səsə bir qrafem uyğun qoyularsa, onda
bu dillərin əlifbalarındakı işarələrin sayı 50-ni aşmalıdır. Aydındır ki, dildəki
hecalar səslərdən qat-qat çoxdur. İşarənin hecaya uyğunluğu əsasında yerinə yetirilmiş
yazılar heca yazısı, sillaboqrafik yazı deyilir. Sillaboqrafik yazının ən qədim
nümunələrindən biri şumer yazılarıdır. Məşhur
tarixçi İ.M.Dyakonov qeyd edir ki, qədim heca işarələri eramızdan qabaq üçüncü
minilliyin əvvəlində şumer yazısında əmələ gəlmişdir.[4]
Şumerlərin
dilinin türk dillərinə yaxın olması fikri hələ ötən əsrin birinci otuzilliyində
elmi ədəbiyyatda özünə yer tapmışdır. Məşhur qazax yazıçısı və tədqiqatçısı Olcas
Süleymenov bu fikrin əsas tərəfdarlarından biri olmuşdur.[5] Sonralar bu fikir inkişaf etdirilmiş,
onun faktlarla əsaslandırlması istiqamətində tədqiqatlar aparılmışdır.[6]
Şumer
yazılarındakı işarələr mismara, mıxa bənzər formalarda yerinə yetirilmişdir. Bu
yazılar farsca mixi yazıları adlanmışdır. Həmin termin Azərbaycan dilində də qəbul
olunmuşdur. Şumer yazıları gil lövhələr üzərinə yazılmış, lövhələr odda yandırılmışdır.
Nəticədə şumer yazılarının qorunub saxlanması mümkün olmuşdur. Qeyd olunduğu kimi,
şkmer yazıları sillaboqrafik yazılardır.
Sillabik əlifbanın düzəldilməsi üçün
daha çox işarə tələb olunur. Hesablamalar göstərir ki, sillabarinin düzəldilməsi
üçün 50-dən başlayayaraq 200-ə və daha artıq simvoldan istifadə etmək lazım gəlir.
Bu da sillabik yazılarda işarələrin çoxluğunu bir daha təsdiqləyir. Şübhə yox ki,
yalnız düz xətt parçaları ilə kifayət qədər işarə yaratmaq mümkün olsa da, yaradılan
işarələrin mürəkkəb deyil, sadəliyi də vacib idi.
Heca
və ya fonoqrafik yazı üçün nəzərdə tutulmasından asılı olmayaraq yazı işarələri
şəkillərdən həndəsi fiqurlar əsasında düzəldilən işarələrə doğru inkişaf yolu keçmişdir.
Piktoqrafik yazılarda şəkil onda təsvir olunan obyektə oxşarlıq əsasında qurulurdusa,
sonrakı mərhələdə işarələmə əsas olmuşdur. Yəni işarənin müəyyən hərfə və ya hecaya
uyğunluğu qəbul olunmuşdur. Bu cür işarələr isə həndəsi fiqurlar, elementlər əsasında
yerinə yetirilmişdir. İlk dövrlərdə düz xətt parçalarından daha çox istifadə edilmişdir.
Lakin işarələrin sayının artırılması lazım gəldikcə yazıyı daxil edilən başqa həndəsi
fiqurlar çoxaldılmışdır.
Belə
hərf işarələrinə nümunələri nəzərdən keçirək:
Təbii
ki, yazıda istifadə olunan hərflərin müəyyən bir sistemə salınması da yazı işarələrinin
yarandığı ilk dövrlərdə düşünmə və araşdırma obyekti olmuşdur. İlk yazı işarələrində
sistemlilik hərflərin bir-birinə oxşarlığı, düzəldilmə ardıcıllığı götürülmüşdür.
Sistem hərflərin həm müəyyən ardıcıllıqla düzülməsini, həm də hərfin, qrafemin ifadə
etdiyi səslərin, fonemlərin qanunauyğun əsasda bir-birini izləməsini əhatə etməli
idi. Hərflərin düzülüşündə işarələrin yaradılmasındakı oxşarlıq əsas götürülürdüsə,
səslərin bir-birini izləməsində onların yaxın məxrəclərdə tələffüzü, bir-birinə
qarşı qoyulması amili nəzərə alınmışdır. Bu iki prinsipinlə hərflərin müəyyən ardıcıllıqla
düzülməsi, müəyyən dil üçün hərflərin ümumi sayının dəqiqləşdirilməsi əlifbanın
yaranmasına gətirib çıxarmışdır. Müəəyən dilin fonoqrafik yazı sistemində istifadə
olunan hərflərinin qəbul olunmuş düzülüşlü toplusu əlifba adlanır. Əlifba sözü ərəb
dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir:
əlif+ba. Yunanlarda əlifba anlamında
alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir:
alfa+vita. Sonralar vita hərfinin adı
dəyişərək beta olmuşdur və buradan da alfabeta
(alfa+beta) termini meydana gəlmişdir.
Əlifbadakı
işarələrin düzülüş ardıcıllığının hansı qanunauyğunluq əsasında aparılmasını aydınlaşdırmaq
və izah etmək mümkün deyildir. Bununla yanaşı, düzülüşə təsir göstərən bəzi meyarlar
hiss olunur. Məsələn, işarənin oxşarlığı, səslərin məxrəc yaxınlığı və s. Qeyd etmək
lazımdır ki, düzülüş üçün müəyyən prinsipin əsas götürülməsi əhəmiyyətlidir. Məsələn
Azərbaycan əlifbası üçün latın əlifbasının düzülüş ardığıllığı baza funksiyasını
yerinə yetirir. Spesifik hərflərin latın əlifbasına artırılması yazı oxşarlığı,
səs oxşarlığı əsasında aparılmışdır. Məsələn C, Ç; S, Ş; E, Ə və s.
Hazırda
dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcədə keçmişdə istifadə
olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən
nəşət tapması elmdə təsdiqini tapmışdır. Protosemit yazı sistemi eramızdan əvvəl
II minilliyin birinci yarısında Suriya-Fələstin regionunda yaranmış və müxtəlif
variantları olmuşdur. Bu yazı variantlarını düzəldənlər ilk əlifbaların yaradıcıları
hesab olunurlar. Protosemit yazısı iki qola – cənubi semit və şimali semit yazıları
qollarına bölünür. Cənubi semit yazısının müasir dövrə qədər gəlib çıxmış yeganə
varisi Həbəşistanda qəbul edilmiş amxar şriftləridir. Bütün digər məlum əlifbalar
öz əsasını şimali semit yazılarından götürmüşdür. Şimali semit yazıları da iki–
xananey və aramey qollarına ayrılır: Finikiya
və qədim yəhudi əlifbaları (müasir yəhudi kvadratik yazısının əsasında aramey yazıları
durur) mənşəcə Xananey yazılarından törəmişdir. Protosemit yazısının Aramey qolu
əsasında Asiya, Yaxın Şərq, Şimali Afrikadakı əlifbalar, ərəb, yəhudi əlifbaları
və Hindistandakı devanaqari əlifbası meydana gəlmişdir. Şimali semit əlifbasının
22 işarəsi və bu işarələrin hər birinin öz
adı olmuşdur. [7]
Semit
hərfləri fonmatik səciyyə daşımış, hər bir hərfə dilin bir minimal səsi uyğun gəlmişdir.
Yunan əlifbasının əsasında da şimali semit əlifbası durur. Bu həm hərflərin adlarında,
həm də onların düzülüşündə əksini tapır:
Yunan
- A (alfa) B(betta) G(qamma) D(delta)
Semit - əlif
bet qimel, dalet
Semit
əlifbalarının çoxunda bu sözlər semantik yükə –mənaya malik olduğu halda, yunan
əlifbasında onlar ancaq nominativ funksiya daşıyaraq yalnız hərflərin adını bildirir.
Yunanlar semit əlifbasına bir sıra yeni hərflər əlavə etmişlər. Yunanların əlifbada
elədikləri ən böyük dəyişiklik onların yazıda saitlər üçün qrafemlərdən istifadə
etməsi sayılır. Bundan sonra başqa dillər üçün əlifbada edilmiş dəyişikliklər fundamental
səciyyə daşımamışdır.
Daha
çox inkişaf edən yunan əlifbasının yayılma arealı getdikcə genişlənmişdir. Sonralar
yunan əlifbasından etrus, etrus əlifbasından isə latın əlifbası yaranmışdır.[8]
Aramey
yazıları əsasında düzəldilmiş ərəb əlifbası eramızdan əvvəl II əsrdə indiki İordaniyanın ərazisində yaranmışdır.
Bu əlifbanın birinci variantında 22 hərf olmuşdur. Ərəblərin apardığı ilk
islahatdan sonra bu əlifbaya daha altı hərf artırılmışdır. İlkin ərəb əlifbalarında
12 səsi ifadə edəcək hərfin spesifik şərti işarəsi - qrafem olmadığından həmin fonemlərin
yazı qarşılığı üçün hərf birləşmələrindən istifadə edilmişdir. Sonralar bu hərfləri
fərqləndirmək məqsədilə nöqtələr tətbiq olunmuşdur. Əlifbada qoşa, eləcə də sait
səsləri göstərmək üçün bəzi işarələr - fəthə, kəsrə, tənvin, şəddə (təşdid, mədd,
həmzə) və s. istifadə olunur. Ərəb əlifbasında yazı sağdan sola istiqamətlənir.
Türk
xalqlarının qədim əlifbası run əlifbasıdır. Run və oqamik yazılarından bir sıra
alman xalqları, o cümlədən anqlosakslar və vikinqlər istifadə etmişlər. Türk run
əlifbasının kökünün həmin əlifbalardan gəlməsi qeyd olunur. Qədim run yazılı abidələri
bizim eranın III əsrinə aid edilir. Run yazıları bucaqlı yazı formasına malikdir,
onun işarələri daha çox düz xətt parçalarından istifadə əsasında düzəlmişdir. Dairəvi
və oval şəkilli elementlər bu yazılarda məhdud miqdardadır. Türk run əlifbasının eramızın 7-11-ci əsrlərində istifadə olunması
qeyd olunur. Bu yazının alman run yazıları ilə oxşarlığı şübhə doğurmur. Qədim türk
run yazıları, işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində
yayılmışdır. Həmin yazılar əsasən daş, sümük, metal üzərində yazılmışdır. Kağız
üzərində yazılmış mətnlər də mövcuddur. Qədim run yazıları yarımkonsonantlığı ilə
seçilir. Daha doğrusu, bu yazılarda saitlərin hamısının istifadə olunması ifadəsini
tapmır. Bu əlifbada 4 sait, 34 samit və samit birləşmələri olmuşdur. Run yazısı
işarələrinin əsasında türk qəbilə və tayfalarına məxsus damğaların durması fikri
də həqiqətə uyğundur. [9]
Türk
run yazıları ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi
Ongin abidəsi sayılır. Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması
fikrinə üstünlük verirlər.[10]
Azərbaycan
ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuş faktdır.
Q.Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində aran
(Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları
üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir.[11] Bu fakt A.M.Şerbakın və A.N.Kononovun əsərlərində
də səslənmişdir.[12]
1970-ci
ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində
yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII
əsrlərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın
44 işarəsi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə
Mingəçevir Su Elektrik Stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı
tapılmış, eramızın V-VII əsrlərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə
oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan ərazilərində hələ eramızın V əsrində
istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.[13]
Qədim
run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası
sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı
əlifbalar geniş yayılmışdır.
Yeri
gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-birindən
fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas
iki yerə bölünür: şaquli avə üfuqi yazılar. Şaquli yazıların iki növü vardır: a)
sağdan sola şaquli yazılar; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta,
sətirlər isə sağdan sola sıralanır. Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar
istifadə etmişlər. Hazırda Çində üfuqi yazı formasından istifadə olunur; b) soldan
sağa şaquli yazılar; bu yazıda hərflər yuxarıdan aşağıya yazılır. Sətirlər isə soldan
sağa sıralanır. Monqol və mancurlar bu yazı formasından istifadə etmişlər.
Üfuqi
yazı formaları daha geniş yayılmışdır. Üfuqi
yazıların üç forması vardır: sağdan sola; b) sağdan sola, soldan sağa; c) soldan
sağa.
İkinci
növ yazı üsulu bustrofedon yazı adlanır. Onun qüsurlu cəhəti ondadır ki, istiqamət
dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə dəyişir. Məsələn, E, K və s.
2. Azərbaycanda əlifba və əlifba
islahatları
Azərbaycan yazılı abidələrinə,
Azərbaycan dili tarixinə dair araşdırma və tədqiqatlar göstərir ki, bu günə gəlib
çatmış qədim yazılı abidələrimiz ərəb əlifbası əsaslıdır. Ərəb
qrafikalı Azərbaycan əlifbası uzun əsrlər boyu Azərbaycan dilinə, mədəniyyətinə
xidmət etmişdir.
Ərəb
əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir
neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi
işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili
üçün də bu çətinliklər mövcud olmuşdur. Ərəb əlifbasının istifadəsindən irəli gələn
nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir: 1) Azərbaycan dilində olan bir
sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız tələffüzə görə fərqlənməsi
nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması (məsələn, v,
s, y, z, t, h); 2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı
olaraq bir qisminin dörd, digər qisminin 2 işlənmə şəklinin olması; 3) ərəb əlifbasındakı
28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik işarələrlə
bir-birindən fərqləndirilirdi; 4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini
ifadə etmək üçün müxtəlif diakritik işarələrdən istifadə olunurdu; ərəb əlifbasında
cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə də işlənmə yerinə görə müxtəlif
səsləri ifadə edə bilirdi; 5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik
və orfoepik səhvlərin buraxılmasına səbəb olması; 6) imla qaydalarını yaratmaqda, habelə tədris işində çətinliklər. Bütün bu nöqsanlı
cəhətlər ərəb əlifbasının dəyişdirilməsi zərurətini ortaya çıxarmışdı. Ərəb əlifbasının
dəyişdirilməsinin ilk təşəbbüskarlarından biri görkəmli Azərbaycan mütəfəkkiri M.F.Axundov
olmuşdur. Onun əlifba islahatı ilə bağlı cəhdləri, bu fikrin yayılmasında əsaslı
rol oynamışdır. Sonralar əlifbanın dəyişdirilməsi meyli daha da güclənmiş, əlifbanın
dəyişdirilməsi tərəfdarları artmışdır.[14]
1901-1920-ci illərdə Azərbaycan əlifbasının dəyişdirilməsi məsələsi müzakirə
və mübahisə obyekti olsa da, əlifba dəyişməmiş qalmışdır.
25 avqust- 5 sentyabr 1907-ci il tarixdə Azərbaycanda latın əsaslı əlifba
layihəsi müzakirə olunmuşdur. Eyni zamanda F.Ağazadənin bu dövrdə hazırlanmış «Əlifba» dərsliyi müzakirəyə qoyulmuşdur. O dövrdə
irəli sürülmüş layihədə sağır nuna uyğun gələn hərfin, eləcə də gələcəkdə Z(c) hərfinin
əlifbadan çıxarılması ideyası irəli atılırdı. Lakin bu müzakirələr müsbət nəticə
verməmiş nə layihə, nə də əlifba qəbul edilməmişdir.[15]
Z.Cəlilqızı
sovet dövründə Azərbaycanda əlifba islahatı məsələsini üç dövrə bölür: a)
1920-1929-cu illər; b)1930-1939-cu illər; c) 1940 - 1990-cı illər.[16]
1920-1929-cu
illərdə Azərbaycanda ərəb əlifbasının dəyişdirilməsi, latın əlifbasına keçməklə
bağlı müxtəlif işlər getmiş, layihələr yaradılmışdır. Bu dövrdə latın və rus qrafikası
əsasında əlifbaların yaradılması təklifləri səslənmişdir. 1924-cü ildən başlayaraq
latın qrafikalı Azərbaycan əlifbası qismən tətbiq edilmişdir. 1929-cü il yanvarın
1-dən Azərbaycanda latın qrafikalı əlifba tam tətbiqini tapır.
1929-cu
ildə qəbul edilən latın qrafikalı yeni əlifba Azərbaycan dilinin fonemlər sistemini
tam əhatə etmişdir. Latın əlifbası latın dilinin fonetik tərkibinə uyğun tərtib
olunduğundan bu əlifbadakı qrafemlərin sayı az idi. Azrbaycan əlifbası tərtib edilərkən
Azərbaycan dilinin mövcud 32 fonemin hamısına uyğun qrafem yaradılması tələbi meydana
çıxırdı. 32 fonem üçün latın əlifbasından
müstəqil qrafem götürmək mümkün deyildir. Azərbaycan dilinin xüsusi fonemləri üçün
əlavə hərflər qəbul edilmişdi. Bu hərflərin bir qismi latın əlifbasına məxsus hərflər
əsasında yaradılmış, digər qismi isə başqa dildən götürülmüşdü. 1929-cü ildə tətbiq
olunan Azərbaycan əlifbasında 25 hərf (a, b, c, d, f, g, e, h, i, c, k, l, m, n,
o, p, q, r, s, u, t, v, x, y, z) latın əlifbasından götürülmüşdü. Bunlardan 6-sı
sait (a, e, i, o, u, y), 19-u samitdir (b, c, d, f, g, h, c, k, l, m, n, p, q, q,
s, t, v, x, z). Halbuki Azərbaycan dilində 9 sait, 23 samit səs vardır.[17]
1929-cu il əlifbasına Azərbaycan dilinin qalan
yeddi fonemini yazıda ifadə etmək üçün qəbul edilmiş işarələr aşağıdakılar olmuşdur:
(ç, n, z, ə, ö, z, ğ). Bu qrafik işarələrdən rus əlifbasından götürülmüş (z) hərfi
Azərbaycan dilinin [Ş] fonemini ifadə edirdi.
Digər fonemlərin ifadə olunması üçün latın əlifbasının məxrəcə görə yaxın fonemi
ifadə edən hərfin dəyişdirilməsi yolu ilə yeni qrafem qəbu olunmuşdu. C –Ç, O-Ö,
İ–I, Z-Z, E -Ə. Bu əlifbaya daxil edilmiş bir hərf latın qrafikasındakı e hərfinin
180 dərəcə çevirilməsi yolu ilə əldə olunmuşdur. Ö hərfi O hərfinə diakritik üfuqi
düz xətt (-) işarəsinin artırılması yolu ilə yaradılmışdır.
«Göründüyü
kimi, latın əlifbası əsasında əlifba tərtib olunarkən fonetik prinsipə əsaslanılmışdır.
Ənənəvi-tarixi prinsipə görə isə layihəyə sağır nun (n1) və apostrof (‘) işarəsi
də əlavə edilmişdir. Bunlardan (n1) hərfi xüsusilə 1935-ci ildən ədəbi dilimizdə işlənmədiyi
üçün 1938-ci il layihəsinə daxil edilmir. Lakin başqa türk dilli xalqların yeni
əlifba layihələrində (n1 ) qalırdı. Deməli latın əlifbası əsasında yeni
Azərbaycan əlifbası düzəldilərkən ümumxalq dilində mövcud olan, dilin bütün dialektlərini
əhatə edən mənalı səslərə uyğun qrafik işarələr yaradılması əsas prinsip kimi alınır.»[18]
1933-cü
ildə birləşdirilmiş və dəqiqləşdirilmiş yeni əlifba layihəsi tərtib edilməmişdir.
Yeni layihədə Azərbaycan dili fonemlərinin artikulyasiyaya görə latın əlifbası hərflərinə
uyğunlaşdırılmışdır. C-Ç, g-q, u-y hərflərinin yerləri dəyişdirilmiş ğ fonemi üçün
sabit yazılış şəkli müəyyənləşdirilmiş, (ş) fonemi üçün latın əlifbasında olan S
hərfinə işarə artırmaqla yeni şəkil Ş yaradılmışdır. Bu layihə rus qrafikası əsasında
yaranan yeni əlifbaya keçilənə qədər istifadə olunmuşdur.
1939-cü ilin 15 nöyabrında latın əsaslı Azərbaycan əlifbasının kiril əsaslı
əlifba ilə dəyişdirilməsi və yeni əlifbanın 1940-cı ilin yanvarından tətbiq olunması
haqqında qərar qəbul olunmuşdur. 1940-1990-cı illər ərzində tətbiq olunmuş kiril
əsaslı Azərbaycan əlifbasında da müxtəlif vaxtlarda bir sıra islahatlar aparılmışdır.[19]
M.Şirəliyev, Ə.Dəmirçizadə, A.Axundov və F.Cəlilov rus əlifbasını Azərbaycan
dili üçün ən uğurlu saymışlar.[20] Doğrudur, sonralar F.Cəlilov bu barədə keçmişdə
yanlış fikirdə olduğunu söyləmişdir.[21]
1980-ci illərin ikinci yarısından başlayaraq Azərbaycanda müstəqillik
hərəkatı gücləndi. Bu dövrdə ölkədə əlifbanın yenidən dəyişdirilməsi və latın əsasına
keçirilməsi barədə ideyalar ortaya atılmağa başlandı. 1990-cı ilin 11 sentyabrında
yeni Azərbaycan əlifbasının hazırlanması üçün komissiya yaradılması, layihənin hazırlanıb
müzakirəyə təqdim olunmasının komissiyaya tapşırılması haqqında qərar qəbul olundu.
18 dekabr 1991-ci ilə kimi komissiya onun qarşısında qoyulmuş vəzifələri yerinə
yetirdi. Beləliklə, Azərbaycanda daha bir əlifba dəyişməsi baş verdi.
A.Axundov yeni əlifba layihəsinin qəbul edilməsi ərəfəsində
yazırdı: «Yaxın altmış ildə əlifbamızı üç dəfə dəyişməklə mədəniyyət tarixi üçün
«nümunə» olmuşuq. Elə edək ki, daha bu dəfə «nümunə» olmayaq.»[22] Bu
fikirlər yeni latın əsaslı əlifbanın qəbul edilməsi prosesində nöqsanlara yol verməmək
üçün xəbərdarlıq kimi səslənirdi.
Doğrudan da, latın əsaslı yeni əlifbanın qəbul edilməsi
prosesi geniş mübahisə və müzakirələrlə keçmişdir. Müzakirəyə təqdim olunmuş layihələrdə
oxşar cəhətlər çox olsa da, onların bir-birindən fərqləri də az deyildi. Əsas mübahisələr
Azərbaycan dilinə məxsus spesifik hərflərə uyğun işarələrin qəbul edilməsi ilə bağlı
olmuşdur. Yeni latın əsaslı əlifba layihələrinin müzakirəsi prosesində üzə çıxan
mübahisəli məsələləri daha yaxşı qiymətləndirmək məqsədi ilə ilk növbədə ideal əlifba
məsələsini nəzərdən keçirmək yerinə düşərdi.
3.Əlifbanın kamilliyi məsələsi
Dünyada
müxtəlif fonetik əlifbaların yarandığı dövrdən onların təkmilləşdirilməsi istiqamətində
araşdırmalar aparılmış, bu və ya digər əlifbanın qüsurlu və müsbət cəhətləri aydınlaşdırılmışdır.
Bir sıra xalqlar əlifbalarında qüsurlu cəhətlərin çox olmasına baxmayaraq, ilk əlifbanı
dəyişməyə cəhd göstərməmişlər. Əlifbaların dəyişdirilməsi prosesini izləyərkən,
daha çox dillərin latın əsaslı qrafikaya keçməsi ilə üzləşirik.
Əlifbanın
kamilliyi onun yerinə yetirdiyi funksiyadan asılıdır. Aydındır ki, bu funksiya,
bir tərəfdən nitqi dildəki səslər əsasında canlandırmaqdan ibarətdirsə, digər tərəfdən
nitqi yazıya köçürməkdir. Bu iki funksiya bir-biri ilə sıx qarşılıqlı əlaqəli olub
bəzən onların arasındakı sərhədi müəyyənləşdirmək belə çətindir. Müasir dövrdə iki
yazı növünü fərqləndirmək zəruridir. Birinci yazı növü texniki vasitələrin (yazı
makinaları, kömpüterlər, çap maşınları və s.) köməyi ilə gerçəkləşdirilir. Texniki
vasitələr nitqi əlifbadakı hərflərin qəbul olunmuş standart formaları –müxtəlif
ölçülü şriftlər əsasında yazıya çevirir. İkinci yazı növü insan fikrini dilin xüsusi
yaradılmış şərti işarələr sisteminin – dilin əlifbası və yazı normaları vasitəsilə ayrı-ayrı fərdlər tərəfindən əks etdirilməsidir.
Bu əksetdirmə prosesinin nəticəsi əlyazmadır. «Əlyazma – yazı prosesinin yazı-hərəkət
vərdişinə əsaslanan maddiləşmiş məhsuludur.»[23] Əlyazmalar
müxtəlif şəxslər tərəfindən icra olunduğundan onlarda obyektiv amillərlə yanaşı, subyektiv amillərin təsiri hiss olunur. Buna görə
də əlyazmalar müxtəlif cəhətlərdən bir-birindən fərqlənir, onların keyfiyyəti əlifbada
qəbul edilmiş hərflərin yazılış formalarından, fərdin yazı vərdişindən və bir sıra
başqa səbəblərdən asılı olur. Əlyazma insan
əməyinin məhsuludur. Ona görə də yazı prosesinin, bu prosesdə istifadə olunan vasitələrin
təkmilləşdirilməsi tələbləri meydana çıxır. Belə tələblərin böyük bir qismi əlifbanın
kamil olması ilə yerinə yetirilə bilər. Əlifbanın təkmilləşdirilməsi, ideal əlifba
ilə bağlı elmi axtarışların sayı az deyildir.
İdeal əlifbanın meyarları məşhur dilçi Boduen de Kurtene tərəfindən irəli
sürülmüşdür. O, əlifbanın ideal olması üçün
bir sıra tələblərin ödənilməsinin vacib olduğunu qeyd edərək yazmışdır: «1)dildəki
hər səs xüsusi və müstəqil işarə-hərflə ifadə olunmalıdır; 2)eyni bir işarə bütün
hallarda yalnız bir səsi bildirməlidir; 3)eyni səs bütün məqamlarda mütləq eyni
işarə ilə ifadə olunmalıdır; 4)yazıda bu və ya digər səsin tələffüzünü bildirməyən
heç bir artıq işarə olmamalıdır; 5)bütün səslər yazıda ifadə olunmalıdır; 6)səslərin
fərqli variantları, oxşar olmayan modifikasiyalarını bir-birindən tamamilə fərqli
işarələrlə göstərmək lazımdır; 7)dildə olmayan və ya işlədilməsi mümkün olan səslərin
deyil, yalnız mövcud səslərin yazıda ifadəsinə səy göstərilməlidir.»[24]
A.A.Reformatski
əlifbanın ideallığı ilə bağlı yazır: «dildə olan fonem-səslərin miqdarı qədər hərfi
olan əlifba ideal əlifbadır.»[25]
A.Qurbanov
müasir əlifbanın dörd tələbə cavab verməli olduğunu qeyd edir: 1) fonetik tələb;
dildə nə qədər səs varsa, əlifbada o qədər hərf olmalıdır; 2) qrafik və poliqrafik
tələb; bu tələbə görə hərflərin yazılışı sadə olmalı, artıq xətlərə, diakritik işarələrə,
bir səsin bir neçə hərfin kombinasiyası ilə (liqatur hərf) ifadə olunmasına yol
verilməməlidir; 3) estetik və kalliqrafik tələb; əlifbanın hərfləri zahiri cəhətdən
gözəl olmalı, yazı cazibədar görünməlidir; 4) pedaqoci tələb; əlifbadakı hərflərin
yazılışı və oxunuşu sadə olmalı, hərflər bir-birindən asanlıqla seçilməlidir.[26]
Boduen
de Kurtenenin ideal əlifba meyarları qrafem-fonem qarşılaşdırılmasına əsaslanır
və yazının texniki vasitələrlə realizasiyasına istinad etməklə yanaşı, yazı prosesinin
məhsulunun canlandırılmasının (oxunmasının), dilin öyrənilməsinin sadələşməsini
ön plana çəkir. Lakin qeyd edildiyi kimi yazı prosesi həm də əllə icra edilir. Əlifbanın kamilliyi bu cəhətdən də aydınlaşdırılmalıdır.
Əlyazmanı qiymətləndirmənin iki əsas amilindən biri onun yerinə yetirilmə sürəti,
digəri müxtəlif fonemləri ifadə edən qrafemləri bir-birindən fərqləndirmə dərəcəsidir.
İkinci amil oxşar yazılışlı hərflərin əlyazmada qarışıq salınması, onların oxunuşunun
çətinliyidir. Məsələn, kiril əsaslı Azərbaycan əlifbasında (Ş) və (İ) fonemlərini
ifadə edən qrafemlərin kiçik hərf variantları bir-birinə oxşardır. Yazıda bu hərflərin
ardıcıl işlənməsi oxunuş üçün çətinlik törədir. Bu çətinliyi aradan qaldırmaq məqsədilə
yazıda əlavə diakritik işarələrdən istifadə olunur. Bu işarələrin yazıda istifadəsi
dilin orfoqrafiya normaları ilə qəbul olunmasa da, onların işlənməsi faktları qeydə
alınır. Məsələn, şiş, şişman, şişirtmək, təntimək tətik təpinmək və s.
Əlyazmanın
yerinə yetirilmə sürətinə təsir göstərən iki amili qeyd etmək lazım gəlir: 1) əlifbada
istifadə olunan diakritik işarələr; 2) hərflərin çoxelementliliyi.
Diakritik
işarə (diacritical sign)- hərfin yanında həmin hərfin başqa cür oxunması məqsədilə
istifadə olunan işarədir. Diakritik işarə hərfə birləşdirilə və ya ondan ayrı verilə bilər. Məsələn, Latın əlifbasının
S hərfi müxtəlif dillərin əlifbasında diakritik işarə ilə işlənir. Çex əlifbasında
S və Š qrafemləri vardır. Birinci qrafem (s) foneminə uyğun gəlirsə, diakritik işarənin
əlavə olunması nəticəsində alınmış Š qrafemi (sh) foneminə uyğun gəlir. Azərbaycan
əlifbasında S qrafeminə başqa diakritik işarə əlavə edilsə də (Ş), hərfin uyğun
gəldiyi səs əvvəlki kimi qalmışdır. Nəzərdən keçirilmiş nümunələrdə diakritik işarə
hərflə birəşir.
Diakritik
işarənin hərfin yanında ona birləşmədən ayrıca işlənən formaları da çoxdur. Belə
işarələrin hərfin üzərində qoyulması daha geniş yayılmışdır: Þ, Ä, È, Õ, Ñ, Ü, Ï, Ì, ã, ĉ, Ĭ, Ÿ və s.
Əlifbalarda istifadə olunan əsas diakritik işarələr aşağıdakılardır:
Ərəb
əlifbasında diakritik işarələr sayca çoxluq təşkil edir. Bu əlifbada daha çox nöqtələrədən
istifadə olunur. Nöqtələr hərflərin üstündə və altında yerləşdirilir. Fərqləndirmə
üçün 1, 2, 3 nöqtədən istifadə edilir. İki və üç nöqtənin yerləşdirilmə formaları
müxtəlifdir: /./,
/../, / :. /. Məsələn, ﺫ ﺗ ش ي və s. Ərəb əlifbasındakı digər diakritikişarələrdən təşdid sukun, həmzə, məddə, vəslə, habelə saitləri göstərmək üçün istifadə
edilən bir sıra başqa diakritik işarələr vardır.[27]
Diakritik
işarələrdən başqa dildə durğu işarələri də istifadə olunur. Lakin diakritik işarələrdən
fərqli olaraq, durğu işarələri yazıda tamamilə başqa funksiyaları yerinə yetirir.
Durğu işarələri (punctuation marks) - yazılı nitqdə nitqin deklamasiya-psixoloci
parçalanmasının, eləcə də nitqin morfoloci vasitələrlə, müxtəlif sistemli dillərdə
istifadə olunan söz sırası ilə fərqləndirilə bilməyən sintaktik məzmun baxımından
bölünməsinin göstərilməsi məqsədi ilə işlədilən işarələrdir. Durğu işarələri universal
sistem təşkil edir, müxtəlif dillərdə eyni səciyyə daşıyır. Ona görə də əlifba islahatları,
əlifbanın dəyişldirilməsi bir qayda olaraq durğu işarələrinin tərkibinə təsir göstərmir.[28]
Beləliklə,
yuxarıda qeyd olunanları ümumiləşdirməklə belə nəticəyə gəlmək olar ki, əlifbanın
kamilliyi Boduen de Kubertenin fonem qrafem qarşılaşdırılması əsasında müəyyənləşdirdiyi
yeddi prinsipin ödənilməsi, diakritik işarələrin
olmaması, çoxelementli hərflərin, həmçinin əlyazmada bir-biri ilə qarışıq salına
biləcək dərəcədə oxşar hərflərin azlığı ilə qiymətləndirilir. Əlifbaların kamillik,
yaxud ideallıq dərəcəsini konkret qiymətləndirmə
meyarı yoxdur. Yuxarıdakı prinsiplər əsasında müxtəlif əlifbaların bir-biri ilə
müqayisəsi zəminində hansı əlifbanın daha kamil olmasını qeyd etmək olar.
Məsələn,
türk dilində sözlərin birinci hecasında və təkhecalı sözlərdə e hərfi ə kimi oxunur. Lakin türk əlifbasında ə saitini bildirən ayrıca hərf yoxdur. Rus dilində həm a, həm də o saitini bildirən hərf olduğu halda bir sıra sözlərdə o yazılsa da,
a oxunur. Rus dilindəki ğ və C qrafemləri ayrıga fonemi bildirmir, özlərindən
əvvəlki fonemin təlffüzünə təsir göstərir. İngilis dilində liqatur hərflər çoxdur
məsələn ture liqaturu ç, sion və tion isə ş fonemini bildirir. Bütün bunlar həmin əlifbaların qüsurlu
cəhətləridir.
4. Latın qrafikalı əski və yeni Azərbaycan əlifbalarının müqayisəsi
Klassik
latın əlifbasında 23 qrafem olmuşdur. Sonralar əlifbaya V və C qrafemləri əlavə
edilmişdir.1 Latın əlifbasının
25 hərfindən yalnız beşində diakritik işarədən istifadə olunmuşdur: i, c hərflərində
diakritik işarə funksiyasını hərfin üstündə qoyulan «.» yerirnə yetirir. Bu iki
qrafemin baş hərf variantlarında nöqtə yoxdur: C I
Latın
qrafikalı iki Azərbaycan əlifbası arasında qrafem fərqləri müxtəlif aspektlərdən
nəzərdən keçirmək olar. Əski latın qrafikalı əlifbada bir neçə qrafemin kiril əlifbasından
götürülməsi qeyd edilmişdir. Bizim fikrimizcə, bu qrafemlərdən yalnız ikisini kiril əlifbasına aid
etmək olar. Birinci belə qrafem (Ş) hərfini ifadə edən, rus əlifbasında (Z) foneminə
uyğun gələn Z qrafemidir. Yuxarıda qeyd etdiyimiz kimi, sonralar bu qrafem S hərfinə diakritik işarə artırılması yolu ilə düzəlmiş
Ş ilə əvəz edilmişdir. Əvəzetmə zamanı fonetik s-z qarşılaşdırması nəzərdə tutulmuşdur.
Latın
qrafikalı əski əlifbamızdakı ğ hərfi kiril əlifbasından I qrafeminin bir hissəsi
kimi və ya ğ (myaqkiy znak) işarəsi olaraq götürülmüşdür. Bu qrafem Azərbaycan dilindəki «I» fonemini ifadə
etmək məqsədilə əlifbaya salınmışdı. Yeni latında ğ qrafemindən istifadə edilmir.
Bunun əvəzinə latın İ qrafeminin həm baş, həm də kiçik hərf variantı üzərinə diakritik
işarənin «.» –nöqtənin yerləşdirilməsi ilə onu «i» foneminin hərfi işarəsi kimi
qəbul edirlər. Bunun müqabilində oxşar lakin nöqtəsiz işlənən hərf «ı» fonemini
yazı işarəsi olur.
Tədqiqatçıların
bir qismi Azərbaycanın birinci latın əlifbasına daxil edilmiş (Ü) foneminin qarşılığı
olan u hərfinin də kiril əlifbasından
götürülməsi fikrini irəli sürür. Lakin bu
hərf latın əlifbasında da vardır (Y y).
Birinci
latın əlifbasında (ö) hərfi əvəzinə ikielementli[29] Ö
qrafemi əlifbaya daxil edilmişdir. Bu qrafem də ilk dəfə Azərbaycan əlifba islahatçıları
tərəfindən təklif olunmuş və quruluşuna, yazılış sadəliyinə görə əslində Ö qrafemindən daha uğurlu variant sayıla bilərdi.
Latın O qrafeminə tən ortadan düz xətt parçası əlavə etməklə düzəlmiş bu qrafemin
əlyazma variantında orta xətt ayrıca element olsa da qələmi ayırmadan yazmaq imkanı
verdiyindən orta xətti diakritik işarə kimi qəbul etməmək də mümkündür. (Ö) foneminin
qrafik işarəsi kimi kiril əsaslı Azəbaycan əlifbasına daxil edilmiş Ö fonemi yeni
latın əlifbasına daxil edilmir və Ö qrafemi ilə əvəzlənir. Əvvəlki latında (c) fonemi Z , (Ü)
fonemi /y/ qrafemi ilə ifadə olunur.
Bu əlifbada q və ğ fonemlərinin məxrəc yaxınlığını əsas götürərək (Ğ) fonemi q qrafeminin
baş hərfinə yaxın simvolla ilə işarə edilir. Bu işarənin daxil edilməsi zamanı
Azərbaycan dilində Ğ səsinin sözün əvvəlində işlənməməsi nəzərə alınmışdır. Yeni
latında qeyd olunmuş üç qrafemin üçü də əlifbadan çıxarılmışdır. Bunun müqabilində
diakritik işarələrin artırılması ilə yeni qrafemlər yaradılmışdır. Köhnə latında
işlənən Z hərfinin əvəzinə latın əlifbasının C c hərfi (C) foneminin əvəzedicisi
kimi qəbul edilir. (Ü) səsinin ifadəsi üçün qəbul edilmiş y qrafemini bu dəfə Ü
ü qrafemi əvəz edir. g- -ğ fonemlərinin məxrəc yaxınlığını əsas götürərək G g qrafeminə
diakritik işarə artırmaqla Ğ ğ (ğ) fonemini ifadə edən qrafem yaradılmışdır.
Köhnə
latında diakritik işarənin artırılması ilə daha bir qrafem də düzəldilmişdir. Bu
qrafem (C) foneminin qrafik işarəsi olur və Ç kimi yazılır. Yeni latında bu iki
işarə C və Ç saxlanılır. Lakin hərflərin ifadə etdikləri səslər dəyişdirilir: Ç-(Ç),
C-(C). Beləliklə, iki latın əlifbasından əvvəlki diakritik işarələrin azlığı ilə
seçilir. Yeni latında hərflərin fonetik uyğunluq prinsipi daha çox gözlənsə də onda
diakritik işarələrin çoxluğu aydın görünür.
«Əvvəlki latından az fərqlənən yeni əlifbamızın
tətbiq taleyi nə qədər təəccüblü olsa da, əvvəlkilərdən qat-qat çətin olmuşdur.
İstər şəkilcə, istər tətbiq texnikasına görə daha mürəkkəb və çətin olan bu əlifbaların
tətbiqi müddəti çox qısa, cəmi 1-2 il olduğu»nu vurğulayan A.Axundov yeni əlifbanın
şəkil və tətbiq texnikasına görə mürəkkəbliyinin səbəblərini açmır.[30]
İki
latın əlifbasının müqayisəli təhlilindən sonra yeni Azərbaycan əlifbasının nə dərəcədə
ideal olmasını araşdırmaq mümkündür.
5. Yeni Azərbaycan əlifbasının ideallıq dərəcəsi
haqqında
Hazırda
istifadə olunan əlifbalar fonoqrafik prinsip əsasında tərtib olunmuşdur. Bu əlifbaların
mükəmməlliyinin başlıca meyarı ona daxil edilmilş qrafemlərin dildəki bütün fonemləri
əhatə etməsi ilə ölçülür. Meyarın əsasında hər qrafemə bir fonemin uyğun gəlməsi prinsipi durur.
Azərbaycan
dilində 32 fonem vardıır. Bu cəhət əlifbada da 32 qrafemin olmasını tələb edir.
Azərbaycan dilinin müəyyən tarixi inkişaf dövrlərində bu dilin fonemlər sistemində
sağır nun (işarəsi N1, n1; N‚, n‚) səsi
də olmuşdur.[31] Bu
səs müasir Azərbaycan dilində (nq) birləşməsinə uyğun gəlir. İngilis dilində də
belə bir səs vardır ( ). Qədim yazılı abidəmiz
- «Kitabi Dədə-Qorqud» dastanlarının dilində sağır nun fonemi işləkdir.[32]
1929-cü ildə qəbul olunmuş latın qrafikalı əlifbaya sağır nun fonemini ifadə edəcək
qrafem daxil edilmişdi. Lakin müasir Azərbaycan
dilində bu fonemin işlənməməsi həmin fonemə uyğun işarənin dildən çıxarılmasına
imkan vermişdir. Azərbaycan dilinin fonemlər sistemində daha bir fonemin varlığı
ilə bağlı tədqiqatçılar arasında mübahisələr
gedir. Dilimizə rus dili vasitəsilə keçimş kolxoz, klub, bak, diktor, fakt
və bu qəbildən olan sözlərdə işlənən [k] səsi türk mənşəli Bakı, külək, çörək sözlərindəki K səsindən fərqlənir. A.Ələkbərov
yazır: «k fonemi dilarxası, kar, kipləşən samit
olub ədəbi tələffüzdə adətən yalnız arxa sıra saitlərindən əvvəl işlənir. Qeyd etmək
lazımdır ki, k səsi Azərbaycan dilinə heç
vaxt yad olmamışdır. Məsələn, toqqa, çaqqal kimi sözlərdəki qoşalaşmış samitlərdən ikincisi imploziv k kimi
tələffüz olunur.»[33] A.Axundov da k səsini
Azərbaycan dilinin fonemlər sisteminə daxil edir.[34] Bir sıra tədqiqatçılar isə bu fikirlə razılaşmırlar.
V.Y.Pines yazır: Azərbaycan dilinin daşıyıcısının artikulyasiya ukladı / k/ səsinin
tələffüzünə imkan verir. Buna baxmayaraq
bu səs hələ ki, Azərbaycan dilinin fonoloci sisteminin müstəqil vahidi deyildir.»[35]
Azərbaycan dili fonemlərinin
statistik təhlili (Seçmənin həcmi N=102600 işarə) göstərir ki, bu səs yalnız (C)
fonemindən (işlənmə tezliyi F=5) yüksək tezliklə
işlənir (F=159).[36]
Kiril
əsaslı Azərbaycan əlifbasına hərf səciyyəsi daşımayan, səsin uzun tələffüzunu bildirən
bir diakritik işarə ( ‘ ) – apostrof daxil edilmişdi.[37] Azərbaycan
dilinin lüğət fondundakı ərəb mənşəli bir sıra sözlərdə (Ə, E, Ö) foneminin düzgün
tələffüz edilməsi məqsədi ilə əlifbaya daxil edilmiş bu işarə yazı prosesində müəyyən
çətinliklərə səbəb olurdu. İşarənin işlədilməsi
yazı sürətinin aşağı düşməsi ilə nəticələnir, sözlərdəki hərflərin bir-biri
ilə birləşməsinə mane olurdu. Bu isə bir sözün iki hissəyə parçalanmasını, qələmin
yazıdan üç dəfə ayrılmasını tələb edirdi. Tərkibində uzun Ə, E, Ö saitlərinin işləndiyi ərəb mənşəli sözlərin Azərbaycan
dilinin lüğət tərkibindəki sayı azdır. Eyni zamanda belə sözlərin dildə işlənmə
tezlikləri də yüksək deyildir.
Apostrofun
Azərbaycan əlifbasından çıxarılması hələ kiril əlifbasının işlədildiyi dövrdə dəfələrlə
müzakirə obyekti olmuşdur.[38]
Yeni
Azərbaycan əlifbasına apostrof işarəsi daxil edilməmişdir. Buna baxmayaraq orta
məktəb dərsliklərində bu işarə istifadə olunur. Yeni əlifba ilə çap olunmuş bir
sıra qəzet və kitablarda da apostrofun istifadə olunması halları müşahidə edilir.
Qeyd etmək lazımdır ki, bu yanlış meyldir.
Latın qrafikalı yeni əlifbanın layihəsinin müzakirəsi zamanı da apostrof
ətrafında elmi mübahisələr getmişdir. Bu dövrdə F.Cəlilov «Ədəbiyyat və incəsənət»
qəzetində «Apostrof lazımdırmı?» məqaləsi ilə çıxış edir. Məqalə geniş müzakirəyə
səbəb olur. A.Axundov müzakirəyə təqdim olunmuş məqalələrdəki fikirləri təhlilə
cəlb edir və apostrofun dilimizdən çıxarılmasının daha düzgün olması qənaətinə gəlir.[39] Beləliklə,
apostrof yeni Azərbaycan əlifbasının işarələr sisteminə salınmır.
Azərbaycan
əlifbasına daxil olmayan işarənin işlədilməsi dilin orfoqrafiya normalarına uyğun
deyildir. İşarənin orta məktəbdə tədris prosesində istifadəsi bu və ya digər dərəcədə
özünü doğrultsa da, ümumən qüsurlu cəhətdir. Tədris prosesində tərkibində uzun Ə,
E, Ö saitlərinin olduğu sözlərin istisna hallar kimi öyrədilməsi məqsədəuyğundur.
Müxtəlif dillərdə belə istisna hallar dilin öyrədilməsi prosesində nəzərə alınır.
Yuxarıda
göstərilənlərə əsaslanaraq demək olar ki, qeyd olunan iki səs ətrafında gedən mübahisələr
nəzərə alınmazsa, Azərbaycan dilinin fonemlər sistemində 32 fonemin olması faktı
tam təsdiqlənir. Dilin yeni əlifbasında da 32 fonemə uyğun gələn 32 qrafem vardır. Deməli, əlifbanın kamilliyinin birinci kriteriyası
yeni əlifbamız üçün ödənilir.
Əlifbanın
kamilliyinin əsasında duran ikinci prinsip bir qrafemin müxtəlif şəkildə oxunmasının,
yəni onun qarşılığının iki müxtəlif səs olmasının aradan qaldırılmasıdır. Müxtəlif
əlifbalar üçün bu meyar pozulur. Məsələn, ingilis dilində C hərfi sözdəki yerindən
və özündən əvvəlki saitdən asılı olaraq (S) və (K) fonemlərinin qarşılığı kimi çıxış
edə bilir.[40]
Rus
əlifbasındakı o saiti bir sıra sözlərdə (a) foneminin qarşılığı olur, digər hallarda
bu hərf (o) fonemini ifadə edir.[41]
Yeni
Azərbaycan əlifbasında göstərilən cəhət yalnız K qrafeminə aiddir. Bu qrafem rus
dilindən alınmış sözlərdə (K) tələffüz olunur. Lakin bu hal qeyd olunmuş meyarın
pozulması deyildir. Boduen de Kurtenenin irəli sürdüyü yeddinci prinsipə görə dildə
olmayan və ya işlədilməsi mümkün olan səslərin deyil, yalnız dilin öz səslərin yazıda
ifadəsinə səy göstərilməlidir.
Əlifbanın kamilliyinin üçüncü prinsi ikinci prinsipin xüsusi halıdır.
Eyni səs bütün hallarda eyni işarə ilə ifadə olunmalıdır. Əgər bir qrafem yalnız
bir səsə uyğun gəlirsə, onda eyni səsə də bir qrafem uyğun gəlmiş olur.
Dördüncü kriteriya yazıda səsin tələffüzünü bildirməyən əlavə işarələrin
olmamasıdır. Rus dilində ğ və c işarələri belə funksiyada çıxış edir. Kiril əlifbasına
daxil edilmiş apostrof da adekvat rolu oynamışdır. Yeni Azərbaycan əlifbasında isə
belə əlavə işarə yoxdur.
Beşinci,
altıncı və yeddinci meyarlar da Azərbaycan əlifbası üçün ödənilir.
Aparılmış
təhlildən aydın olur ki, Boduen de Kurtenenin əlifbanın ideallığını yoxlamaq üçün
təklif etdiyi yeddi prinsipin yeddisi də latın qrafikalı yeni Azərbaycan əlifbasında
nəzərə alınmışdır. Buradan belə nəticə çıxır
ki, fonem-qrafem uyğunluğu prizmasından yanaşıldıqda yeni əlifba idealdır. Lakin
əlifba yazı ilə bağlı bir sıra digər tələblərə də cavab verməlidir. Bu tələblər
əsasən diakritik işarələrlə bağlıdır.
Yeni
latının qəbul edilmiş ilk variantında (Ə) fonemini ifadə edəcək hərf Ä olmuşdur.
Bu qrafem latın A hərfinə iki diakritik işarənin əlavə olunması ilə düzəldilmişdir.
Üzərində iki nöqtənin işlədilməsi nəzərdə tutulmuş üç hərfin (Ä, Ö, Ü) əlifbaya
daxil edilməsi, əlbəttə izafi səciyyə daşıyırdı. Çünki bu qrafemlərin həm baş, həm
də kiçik hərflərinin nöqtələrlə işlədilməsi lazım gəlirdi. Nöqtənin iki olması isə,
əslində hərfə eyni şəkildə olan iki diakritik işarənin əlavə edilməsi demək idi.
Bu isə ciddi mübahisələrə səbəb olurdu.
Həqiqətən,
bu dövrdə də hansı hərfin necə qəbul edilməsi ilə bağlı 30-40-cı illərdəki mübahisələr
davam edir. Ən çox mübahisə doğuran məsələ Ə (Ä) hərfinin şəkli forması və apostrof
işarəsi olur. Ä işarəsinin qəbul edilməsinin səbəbini ümumi prinsipin pozulması
ilə bağlı irəli atılan müddəalar olur. Əski latın qrafikalı əlifbanın bərpası baxımından
Ə şəkli daha münasib idi. A.Qurbanov və F.Cəlilovun əlifba layihələrində isə bu
hərfin Ä şəkli təklif olunmuşdu. İlkin variantda qəbul olunan bu qüsurlu işarənin
sonrakı müzakirələrdə tərəfdarları azalır nəticədə yenidən, Ə şəkli əlifbaya qaytarılır. Beləliklə,
əlifbaya kiril əlifbasında işlədilmiş bir
hərf qaytarılmış olur. «Doğurdan da, kiril
əsaslı əlifbamızla latın əsaslı əlifbamız arasında yazı və səslənməyə görə 7 hərf
üzrə (a,e,ə,h,x,k,o) tam uyğunluq var. Böyük M hərfi də hər iki əlifbada eyni cür
yazılır. 6 hərfin isə yazılışı eyni, səslənməsi müxtəlifdir.» [42]
Azərbaycan
dilinin latın və kiril əlifbalarının müqayisəsi latın qrafemlərinin dörd qrupunu
fərqləndirməyə iimkan verir:
1)
həm qrafem konfiqurasiyasına, həm də fonem qarşılığına görə üst-üstə düşən hərflər:
Aa, D, Ee, Xx, Kk, M, Oo, Əə;
2)
konfiqurasiyaca üst-üstə düşən, səs mənasına görə fərqlənən hərflər: Bb, Cc, Yy,
Pp, C, Uu, Hh, T, g, m, n, r;
3)
konfiqurasiyaca əsas elementləri üst-üstə düşən, səs mənasına görə fərqlənən hərflər
Q, ğ, Çç,Öö, Üü, F;
4)
yalnız latın əlifbasına xas qrafemlər.
Latın əlifbasının sırf özünə məxsus diakritik işarəli hərfləri nəzərdən
keçirək. Böyük Q (ku) hərfi O hərfinə diakritik işarə artırılması ilə əmələ gəlmişdir.
Diakritik işarə hərfin alt hissəsində istifadə olunur və onunla birləşir. Q hərfinin
kiçik hərf variantında diakritik işarə yoxdur: q.
Latın əlifbasındakı diakritik işarəli digər iki hərf t və F hərfləridir.
Hər iki hərfdə diakritik işarə hərfi kəsən düz xətt parçasıdır. Bu işarə kiçik t
və böyük F hərflərində işlənir.
Nəhayət,
diakritik işarə latında işlənən kiçik i və kiçik c hərflərində işlənir. Bu hərflərin
kiçik variantları nöqtə işarəsi ilə fərqləndirilir. Əslində, hər iki hərfin latında
nöqtəsiz işlənən variantları yoxdur. Beləliklə, latın əlifbasında baş və ya kiçik
hərf olmasından asılı olmayaraq cəmi beş hərfdə diakritik işarə vardır. Həmin diakritik
işarələr bunlardır: /./, /-/,/ ͵ /.
Latın
qrafikalı yeni Azərbaycan əlifbasında diakritik işərəli 16 hərf vardır: Ç, ç, İ, i, c, t, F, Q, Ö, ö,Ü, ü, Ş, ş,Ğ, ğ.
Bu hərflərdən səkkizi baş hərf - Ç, İ, F, Q, Ö, Ü, Ş, Ğ, səkkizi
də kiçik hərfdir: - ç, i, c, t, ö, ü, ş, ğ. Əlifbanın 64 işarəsinin 25 faizi diakritik
işarəlidir. Bu da hər dörd hərfdən birinin diakritikişərəli olmasını göstərir. Nəzərə
almaq lazımdırr ki, Öö və Üü hərflərinin üzərində qoyulan iki nöqtə yazı prosesində
iki əməliyyatı özündə birləşdirir. Sait fonemlər
işləklikliyə görə samitlərdən daha məhsuldardır. Təbii ki, əlifbanın döqquz sait
fonemindən üçünün diakritik işarəli (özü də iki nöqtə tipli) olması əlifbanın qüsurlu cəhətidir. Beləliklə,
aydın olur ki, fonem-qrafem uyğunluğu nöqteyi-nəzərindən ideal olan Azərbaycan əlifbası,
diakritik işarələrin çoxlüğüna görə yazı üçün ideallıqdan uzaqdır.
6. Yeni əlifbaya keçid prosesində xəttin təkamülü
Latın qrafikalı yeni Azərbaycan
əlifbasının tətbiqi müəyyən hazırlıq mərhələləri ilə həyata keçirilmişdir. «Əlifbanın
tətbiqi, əlbəttə, ilk növbədə oxu və yazı vərdişləri ilə bağlıdır. Həmin vərdişləri
qazanmaq üçün isə bütünlüklə həmin əlifba mühitinə düşmək tələb olunur. Tam və mütləq
əlifba mühiti olmadan buna nail olmaq mümkün deyil.»[43] Latına
qrafikalı əlifbaya keçid prosesində belə mühit ilk əvvəl yalnız orta məktəblərdə
aşağı sinif şagirdləri üçün yaradılmış, sonralar yuxarı sinif şagirdlərini də əhatə
etmişdir. İlk dövrdə yazı üçün mühit olsa da, oxu vərdişlərinin inkişafı üçün əlavə ədəbiyyatın
nəşri, təəssüf ki, ləng getmişdir.
Məlumdur ki, şagirdlər
əsas yazı vərdişlərini orta məktəbin I-II siniflərində mənimsəyirlər. Bu dövrdə
hər bir hərfin elementləri, onların yerinə yetirilmə ardıcıllığı, hərfin tam yazılışı,
hərflərin birləşdirilməsi yolları və üsulları tədris olunur, şagirdlər bu məsələlərlə
bağlı konkret tapşırıqlar yerinə yetirirlər. İbtidai təhsilin sonrakı iki ilində
yazı vərdişlərinin təkmilləşdirilməsi prosesi davam etdirilir. Yazı təlimi dövrü
üçün səciyyəvi olan şagird xətləri aşağı vərdişli xətlər kimi səciyyələnir. Orta
məktəbdə təhsilin qalan dövründə yazı vərdişlərinin formalaşması və təkmilləşməsi
prosesi davam edir. Orta yazı vərdişli xətlər
əlaqəli və tez yazmanın praktik mənimsənilməsinin tamamlanmamış mərhələsində olub,
orta sürət və hərəkət əlaqələndirilməsi ilə səciyyələnən tam formalaşmamış xətlərdir.
Yeni əlifba orta məktəbin bütün siniflərində eyni
vaxtda tətbiq edilmişdir. Bu baxımdan, orta məktəbin 1-ci sinif şagirdləri yazı
vərdişlərini mənimsəmə prosesinə latın əlifbasının qaydaları ilə başlamışlar. Onlardan
fərqli olraq ibtidai təhsili başa vurmuş şagirdlər kiril əlifbasının yazı qaydalarını
öyrəndikdən sonra yeni əlifba ilə yazmaq məcburiyyətində qalmışlar. Təbii ki, bu
cəhət onların yazı vərdişlərinə yiyələnmə səviyyələrinə təsir göstərmişdir. Şübhə
yoxdur ki, kiril əlifbası əsasında mənimsənilmiş bir-sıra vərdişlər yeni əlifba
ilə yazı prosesində üzə çıxa biləcəkdir.
Respublika
Prezidenti Heydər Əliyev dövlət dilinin vəziyyətini nəzərə alaraq, ötən il iyun
ayının 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərman
imzalamışdır. Bu fərman bütün respublikada yeni əlifbanın tam tətbiqini gerçəkləşdirdi.
Yeni əlifbadan
istifadə respublikanın bütün vətəndaşları üçün məcburi oldu.
Kiril
əlifbası ilə yazı vərdişləri formalaşmış, yeni əlifbadan davamlı və ardıcıl istifadə
etməyənlərə məxsus əlyazmalarda bir sıra səhvlərin qeydə alınma ehtimalı çoxdur.
Kirildən latın yazısına keçənlərin əlyazmalarında aşağıdakı səhvlərin üzə çıxması mümkündür:
1)
Kiril əlifbasında «Ç» qrafeminin istər baş, istərsə də kiçik hərf formasında diakritik
işarə yoxdur. Həmin əlifbadakı C qrafeminin isə, əksinə, həm baş, həm də kiçik hərf
formasının son elementi diakritik işarədir.[44] Latında isə diakritik işarə ç hərfinin son elementidir.[45] Daha
bir cəhət diqqəti cəlb edir. Kirildə Ç və C hərflərinin sıralanma ardıcıllığı ilə
latındakı sıralanma ardıcıllığı fərqlənir (kirildə Ç, C; latında C, Ç ). Qeyd olunan
iki cəhət latında yazı prosesində assosiativ olaraq ç ilə c qrafemlərinin qarışıq
salınmasına səbəb olacaqdır. Daha doğrusu əlyazmada Ç əvəzinə C, C əvəzinə Ç istifadə
oluna bilər. Aşağıda belə səhvlərə aid nümunələr verilmişdir. Sözlərin düzgün yazılışı
mötərizədə göstərilmişdir.
Ç,
Ş və Ğ hərflərinin yazılışında istifadə olunan diakritik işarələrin də müxtəlif
şəkildə istifadəsi qeydə alınacaqdır. Məsələn:
Kiril
və latın əsaslı əlifbaların qrafik cəhətdən tam üst-üstə düşən hərflərinin əlyazma
variantlarının aşağıdakı yazılış formaları rast gələ bilər: a) latın qrafikası normalarına uyğun; b) kiril
qrafikası normalarına uyğun; c) qarışıq.
Təbii
ki, kiril əsaslı əlifba əsasında yazı vərdişlərinə yiyələnənlər latın əlifbasına
keçərkən oxşar hərflərin kiril variantlarının yazılışına üstünlük verəcəklər. Kiril
və latın əsaslı əlifba hərflərin yazılış formaları, hərflərin birləşdirilmə xüsusiyyətləri ədəbiyyatda verilmişdir.[46]
Əlyazmalarda
göstərilən səhvlərin qeydə alınmasının mümkünlüyü ilə bağlı irəli sürülmüş müddəaların
doğruluq dərəcəsi eksperimental yolla və yaxud müxtəlif şəxslərə məxsus əlyazmaların
tədqiqi ilə yoxlanılmalıdır. Tədqiqat reprezentativ nəticəyə imkan verəcək həcmdə
və sayda əlyazmalar əsasında aparılmalıdır.
[1]. Пиктографик вя идеографик йазылар, бу йазыларын инкишаф тарихи щаггында ятрафлы мялумат цчцн бах: Лоукотка Ч. Развитие письма. М., 1950; Вахек Й.К. К проблеме письменного языка: Письменный и печатный языки// Праъский лингвистический круъок. М., 1967; Фридрих И. История письма. М., 1979; Зиндер Л.Р. Очерк общей теории письма. М., 1987; Дьяконов И.М. Письмо.//Лингвистический энциклопедический словарь. М., 1990; Киселева Л.И. О чем рассказывают средневековые рукописи. Л., 1978; Добиаш –Роъдественская О.Л. История письма в средние века. М.-Л., 1987; Мусорин А.Ю. Словарь письменности народов мира (Предварительные материалы)//Сибирский лингвистический семинар. Новосибирск, 2001, №1. –с.52-55 вя
[2]. Гельб И. Опыт изучения
письма. М., 1982
[3]. Дьяконов И.М.
Предисловие//Тайны древних письмен. М., 1976, с.6.
[4] Бах:
Дьяконов И.М.
К возникновению письма в Двуречье. Москва, 1970, с.42
[5] Бах: Сцлейменов О. Аз-Йа.
Бакы, 1993, с.162-194
[6] Мамедов А. Теоретические проблемы восстановления
первичных корней в тюркских языках//Азярбайъан филолоэийасы
мясяляляри. 2-ъи бур. Бакы, 1984, с.5-21.
[7]. Ятрафлы мялумат цчцн бах: Энциклопедия – Россия – Он –Лайн. http://www.krugosvet.ru. P.4
[8] . Ялавя мялумат цчцн бах: Дрингер Д. Алфавит. М.,
1963; Кондратев А.М. Книга о букве. М.,1975; Люблинская А.Д. Латинская палеография.
М., 1969: Федорова Е.В. Введение в латинскую эпиграфику. М., 1982; Degering H. Lettering.
London, 1965: Paleographia Latina. London, 1974 вя
с.
[9] Бах: Истрин В.А. Возникновение и развитие
письма. Москва, 1965; Кононов А.Н. Грамматика языка тюркских рунических
памятников VII-XI вв. Л., 1980; Васильев Д.Д. Корпус енисейских письменных
памятников. Л., 1982; Ряъябов Я., Мяммядов Й. Орхон-Йенисей абидяляри. Бакы,
1993, вя с.
[10] Бах: Ряъябов Я., Мяммядов Й. Орхон-Йенисей
абидяляри. Бакы, 1993, с.50
[11] Бах:
Ворошил Г. Об
одной древнетюркской письменности//Советская тюркология. 1981, №5, с.76.
[12] Бах: Щербак А.М. О рунической письменности в
юго-восточной Европе//Советская тюркология. 1971, №4, с.81; Кононов А.Н.
Грамматика языка тюркских рунических памятников VII-XI вв. Л., 1980, с. 7
[13] Бах: Ворошил Г. О новонайденном списке албанского
алфавита//Советская тюркология. 1971, №2, с.130-131
[14]. Ятрафлы мялумат цчцн бах:
Абдуллайев И. История Азербайдъанской письменности. М., 1953; Я.Щагвердийев. Мирзя Фятяли вя яряб ялифбасы
мясяляси// М.Ф.Ахундов. Бакы, 1962. с.90-92; Мцасир Азярбайъан дили. Бакы,
1978, с. 39-47; Земфира Ъялилгызы. Азярбайъанда дил гуруъулуьу. Бакы, 1998,
с.19-46 вя с.
[15] Мцасир Азярбайъан дили.
Бакы, 1978, с. 40.
[16] Бах:
Земфира
Ъялилгызы. Азярбайъанда дил гуруъулуьу. Бакы, 1998, с.46.
[17] Бах: Мцасир Азярбайъан
дили. Бакы, 1978, с.49-50
[18]. Бах: Мцасир Азярбайъан
дили. Бакы, 1978, с.49-50
[19] Бах: Мцасир Азярбайъан
дили. Бакы, 1978, с.55-65; Земфира Ъялилгызы. Азярбайъанда дил гуруъулуьу.
Бакы, 1998, с.56-61 вя с.
[20] М.Ш.Ширалиев. Азербайдъанский
язык. Баку, 1989, с.45; Я.Дямирчизадя. Мцасир Азярбайъан дили. Ы щ., Бакы,
1972, с.262; А.Ахундов. Азярбайъан дилинин фонетикасы. Бакы, 1984; Ф.Ъялилов. Азярбайъан дилинин сяс гурулушу. Бакы,
1983; Йеня онун тцрк дилляринин фонотактикасы. АДУ няшри. Елми ясярлярин тематик
мяъмуяси. Бакы,1986
[21] Ф.Ъялилов. Азярбайъан дилинин морфонолоэийасы.
Бакы, 1988
[22] Ахундов А. Бир даща ялифбамыз щаггында//Халг
гязети. 20 декабр 1991
[23] Мящкямя-хятт експертизасы
нязяриййя вя тяърцбясинин ясас терминляри. Бакы, 1992, с.8
[24] И.А.Бодуен де Куртене.
Несколько слов по поводу «Общеславянской азбуке». СПБ, 1871, с.12.
[25] Реформатский А.А. Введение
в языковедение. Москва, 1967, с.367
[26] Бах: Гурбанов А. Цмуми
дилчилик. 1-ъи ъилд. Бакы, 1989, с.536-537.
[27] Бах: Мяммядов Я.Ъ. Яряб
дили. Бакы, 1992, с.5
[28] Ахманова О.С. Словарь
лингвистических терминов. М.,Советская энциклопедия, М.,1966, с.158-159-608 с.
1
Бах: Покровская З.А. Кацман Н.Л. Латинский язык. М., 1987, с.15
[29] .Бах Принципы детализации знаков Азербайдъанской
письменности. Баку, 1986, с.111
[30] Ахундов А. Дилимизя дювлят
гайьысы// Азярбайъан дили вя ядябиййат тядриси. Бакы, 2001, № 3, с.9-12
[31] Бу фонем щаггында бах:
Мирзязадя Щ. Азярбайъан дилинин тарихи фонетикасына даир гейдляр// Филолоэийа
факцлтясинин ясярляри. Бакы, 1958, с.17; Ахундов А. Азярбайъан дилинин фонемляр
системи. Бакы, 1973, с.255-257 вя с.
[32] Бах: Китаби-Дядя Горгуд.
Бакы, 1988
[33] Алекперов А.Г.
Фонематическая система современного азербайдъанского языка. Баку, 1971, с.88
[34] Бах: Ахундов А. Азярбайъан
дилинин фонемляр системи. Бакы, 1973, с.252.
[35]. Пинес В.Я. О фонеме / k/ в азербайдъанском языке//
Советская тюркология. 1973, №4, с.67
[36] Бах: Рахманов Дъ.А.
Статистико-дистрибутивный анализ азербайдъанского текста: Дисс. … канд
филол.наук. Баку, 1988, с.32
[37] Апострофун ишлянмяси барядя
бах: Азярбайъан дилинин орфографийа лцьяти. Бакы,1974, с.14.
[38] Ъялилов Ф.А. Апострофун
йазы мядяниййятимизя мцнасибяти// АДУ-нун елми ясярляри. Ъурналистика серийасы.
Бакы, 1985, №2, с.29-32.
[39]. Бах: Ахундов А. Апостроф
лазымдырмы?//Ахундов А. Дил вя мядяниййят. Бакы, 1992, с.79-81.
[40] Бах: Учебник английского
языка. Ч.1, М., 1974, с.33
[41] Бах: Современный русский
литературный язык. М., 1988, с.161.
[42]. Ахундов А. Дилимизя дювлят гайьысы// Азярбайъан
дили вя ядябиййат тядриси. Бакы, 2001, № 3, с.11
[43] Ахундов А. Дилимизя дювлят гайьысы// Азярбайъан
дили вя ядябиййат тядриси. Бакы, 2001, № 3, с.11
[44] Бах: Принципы детализации
знаков Азербайдъанской письменности. Баку, 1986, с.132-133
[45] Кязимов Г.И., Меликов
А.С., Мусаев Г.А. Особенности современного азербайдъанского алфавита на базе
латинской графики. (Методическое пособие). Баку, 1997, с. 11
[46] .Бах: Криминалистическое исследование рукописей
выполненных на некоторых языках народов СССР. Москва, 1973; КязимовГ.И.,
Меликов А.С., Мусаев Г.А. Особенности современного Азербайдъанского алфавита на
базе латинской графики. Баку, 1997;
Мяммядов Н.Б.,
Рящманов Ъ.Я. Латын графикалы йени Азярбайъан ялифбасы. Бакы, 1992; Рящманов Ъ.
Йени Азярбайъан ялифбасы. Бакы, 1992; Кяримов Й.Ш. Щцснхятт. Бакы, 2001 вя с.

